15 
İyn
2019
16:47
236
52
3800
Virtual karabakh

Daha bir kəndə qaz verildi - VİDEO

15 İyn, 2019
16:47
3800

Daha bir kəndə qaz verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 iyun – Milli Qurtuluş Günü Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib.

Tədbirdə SOCAR Prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 467 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 min 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Boyat kəndi ilə yanaşı, hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyov, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən dörd yeni massivdə 128 fərdi evin qazlaşma işləri də yekunlaşdırılıb, istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək. 

Tədbirdə çıxış edən SOCAR Prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR Prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri