16 
İyn
2019
06:53
15
279
4998
Virtual karabakh

Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO/VİDEO

16 İyn, 2019
06:53
4998

Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda fərdi yaşayış evi və minik avtomobili yanaraq kül olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əmirli kəndində qeydə alınıb.

Kənd sakini 1960-ci il təvəllüdlü Abuzər Əli oğlu Hüseynova məxsus fərdi yaşayış evində yanğın baş verib. Dörd otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. 

Ev sahibi A.Hüseynov bildirib ki, hadisə zamanı mənzildə olan 6500 manat pul və qızıl zinət əşyaları da yanıb. Həmçinin evin zirzəmisində olan “VAZ 21015” markalı minik avtomobili yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri