16 
İyn
2019
21:51
260
27
6325
Virtual karabakh

ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

16 İyn, 2019
21:51
6325

ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ universitetlərinə qəbul olmaq nisbətən asan, tam təqaüd almaq isə olduqca çətindir.

Bu sözləri Azedu.az-a ABŞ-ın Şimali Karolina Universitetinin Konfliktologiya departamentində  dosent vəzifəsində çalışan Əli Əskərov deyib.

“Amerikada hər bir universitetin qəbul komitəsi var. Əcnəbi tələbələrin universitetlərə daxil olma qaydaları, tələb olunan testlərin standartları qəbul komitələrində müəyyən olunur. Onu da bildirim ki, hər bir universitetin saytında qəbul proseduru haqqında məlumat almaq mümkündür”, - o qeyd edib.

Ə.Əskərov bildirib ki, xarici universitetlərə attestatla - imtahansız qəbul olub bir çox nailiyyətlər də əldə etmək olar:

“Xarici universitetlərə birbaşa attestatla - imtahansız qəbul aparılması normaldır. Onu da bildirim ki, bu, əsasən orta məktəb təhsilinin keyfiyyətindən asılıdır. Xarici universitetlərə attestatla qəbul aparılması təhsil sistemi və milli mentalitetlə bağlı olan məsələdir.

Azərbaycanda Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilməyənlər xarici universitetlərə yalnız attestatla - imtahansız qəbul olub, daha uğurlu ola bilərlər. Onu da bildirim ki, tələbənin uğurlu şəxsiyyət kimi formalaşmasında həm sistem, həm də fərdi məziyyətlər rol oynaya bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri