17 
İyn
2019
15:51
164
47
2988
Virtual karabakh

Aptekdən oğurluq edərkən ələ keçdi - FOTO

Gecə saat 04:21 radələrində Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

Saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb.

Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri