17 
İyn
2019
20:41
21
270
4317
Virtual karabakh

Gəncədə ruhi xəstə evi yandırdı - FOTO

17 İyn, 2019
20:41
4317

Gəncədə ruhi xəstə evi yandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə yaşayış evində yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Gülüstan yaşayış massivində, Kəlbəcərdən olan məcburi köçkün, 78 yaşlı Köçəri Ağalarova məxsus evdə qeydə alınıb.

Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrinin hər birindən iki briqada olmaqla, ümumilikdə 4 yanğınsöndürmə briqadası cəlb olunub. 

Hadisə nəticəsində 4 otaqlı evin bir otağı və içərisindəki əşyalar yanıb.

İlkin məlumata görə, yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov törədib. Hadisədən həyəcanlanan evin xanımı Fatma Əşrəfovaya tibbi yardım göstərilib.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri