18 
İyn
2019
08:41
21
277
11862
Virtual karabakh

Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

18 İyn, 2019
08:41
11862

Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunun işində nasazlıq yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasında baş verib: 

" “Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.

Baş vermiş problem nəticəsində qatarlar arasında 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

***

Bakı metrosunda baş vermiş problem aradan qaldırılıb. Qatarlar arasındakı interval bərpa olunub.

Hazırda metro işini normal rejimdə davam etdirir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri