19 
İyn
2019
02:53
261
27
5019
Virtual karabakh

Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi

19 İyn, 2019
02:53
5019

Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.
 
AZƏRTAC xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzrxahlıq edib.
 
Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, eləcə də jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.
 
Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan dərc olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri