19 
İyn
2019
10:03
396
59
22054
Virtual karabakh

Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq

19 İyn, 2019
10:03
22054

Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.

Bu barədə Oxu.Az-a Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.

Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.

Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri