19 
İyn
2019
14:37
48
135
4494
Virtual karabakh

Qaradağda dəhşətli qəzada əcnəbilərin ölümünə səbəb olan sürücü tutuldu

19 İyn, 2019
14:37
4494

Qaradağda dəhşətli qəzada əcnəbilərin ölümünə səbəb olan sürücü tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyev idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə, “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat edib, digər sərnişinlər - Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət alıb.

İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri