20 
İyn
2019
01:40
43
188
3842
Virtual karabakh

Dəniz kənarında tank əleyhinə minalar aşkarlandı - FOTO

20 İyn, 2019
01:40
3842

Dəniz kənarında tank əleyhinə minalar aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində 3 ədəd mina tapılıb.

Bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd tank əleyhinə TM-62M və 1 ədəd tank əleyhinə təlim məqsədli TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 300 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri