20 
İyn
2019
05:55
17
221
3770
yuxarı
Bakı-Qazax şosesində üç mikroavtobus toqquşub: yaralılar var
Bakı-Qazax yolunda iki ayrı qəzada üç mikroavtobus toqquşub.
Oxu.Az xəbər verir ki, əvvəlcə yolun “Stansiya Goran” ərazisindən keçən hissəsində mikroavtobusla “VAZ-2106” markalı maşın toqquşub.
Az sonra həmin yerdə daha iki mikroavtobus toqquşub. Birinci qəzaya baxmaq üçün dayanan sürücünün idarə etdiyi avtobusa arxadan digər avtobus çırpılıb.
İki qəza nəticəsində üç nəfər xəsarət alıb. Bunlar 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək