24 
İyn
2019
17:39
31
524
17550
Virtual karabakh

Uşağı ilə birgə intihara cəhd edən ananın kimliyi bilindi - YENİLƏNİB+VİDEO

24 İyn, 2019
17:39
17550

Uşağı ilə birgə intihara cəhd edən ananın kimliyi bilindi - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda azyaşlı övladı ilə birgə intihar məqsədilə Nizami rayonu ərazisindəki körpüyə çıxan qadının şəxsiyyəti müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, 1991-ci il təvəllüdlü Səidə Böyükağa qızı Qasımovadır.

16:28

Paytaxtda ananın azyaşlı uşağı ilə birgə intihara cəhd etməsinin səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın kirayə qaldığı evin pulunu ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olub.

Hazırda həmin qadının Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsində ifadəsi alınır.

15:56

Bakıda qadın azyaşlı uşağı ilə birgə özünü körpüdən atmaq istəyib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildiriblər ki, aparılan danışıqlar nəticəsində qadını körpüdən endirmək mümkün olub.

İntihara cəhdin səbəbləri araşdırılır.

15:48

Bakıda qadın uşağı ilə intihara cəhd edir.

Oxu.Az-ın məlumatına görə, qadın uşağı ilə birlikdə metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxıb.

Onun hansı səbəbdən belə bir addım atdığı bilinmir.

Hazırda əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındırmağa çalışırlar.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri