24 
İyn
2019
17:15
51
81
2847
Virtual karabakh

Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB

24 İyn, 2019
17:15
2847

Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gün ərzində Azərbaycanda bir neçə sayta daxil olmaqda problemlər yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, problemə səbəb hər hansı haker hücumu yox, serverdə yaranan yüklənmə olub:

“Buna səbəb serverlərdə yaranan problemdir. Həddən artıq yüklənmə səbəbindən bir neçə sayta girişdə yubanmalar olub. Lakin yaranan problem gün ərzində həll olunub. Artıq saytlara girişdə heç bir problem müşahidə edilmir”.

Qeyd edək ki, günün ikinci yarısında bir sıra saytlara, o cümlədən Oxu.az saytına girişdə təqribən bir saat problemlər yaranıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri