24 
İyn
2019
20:41
24
297
8061
Virtual karabakh

Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var

24 İyn, 2019
20:41
8061

Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib.

Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri