28 
İyn
2019
16:37
221
57
10399
Virtual karabakh

Səhv əməliyyata görə iflic olan Seymurun son vəziyyəti: Prezidentə müraciət - VİDEO

28 İyn, 2019
16:37
10399

Səhv əməliyyata görə iflic olan Seymurun son vəziyyəti: Prezidentə müraciət - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan yanlış əməliyyat nəticəsində iflic olan Seymur Əlizadə haqqında məlumat vermişdik.

Hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, xəstənin vəziyyətində heç bir dəyişiklik yoxdur. Çünki əməliyyat edən cərrah Fəxrəddin Nəzərli nə xəstənin vəziyyətinin normallaşmasına yardım edir, nə də telefonlara cavab verir. Çıxılmaz vəziyyətdə qalan xəstənin anası Sahibə Əliyeva da övladının sağalmasına hələ də ümidini üzməyib.

Gələn ay ata olacaq Seymur Əlizadə isə uşağının səsini eşitmək, onunla oynamaq istəyir.

Qeyd edək ki, əməkdaşlarımızın mövzu ilə bağlı hazırladıqları süjet sosial şəbəkələrdə də diqqət çəkib və paylaşılıb. Belə ki, Xalq artisti Brilliant Dadaşova “Instagram” hesabında foto paylaşaraq həkimlərdən şikayətlənib və Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bu müraciətə qoşulan xəstənin anası Sahibə Əliyeva Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

Sail Ağasəlim
Billurə Mikayıllı

Operator: Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri