25 
İyn
2019
13:47
217
48
9732
Virtual karabakh

Şirməmməd Hüseynov torpağa tapşırılıb - YENİLƏNİB + FOTO\VİDEO

25 İyn, 2019
13:47
9732

Şirməmməd Hüseynov torpağa tapşırılıb - YENİLƏNİB + FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

13:06

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla keçirilən vida mərasimi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, vida mərasiminə Azərbaycanın ictimai-siyasi xadimləri qatılıb.

Vida mərasiminə gələnlər arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də olub.

11:50

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, vida mərasimi universitetin əsas binasındakı akt zalında təşkil olunub.

Bu münasibətlə təhsil ocağının akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngləri düzülüb.

Mərasimdə BDU rəhbərliyi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ombudsman Elmira Süleymanova, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, digər rəsmi şəxslər, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

İlhamə Əbülfət

VİDEO: Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri