25 
İyn
2019
13:45
123
26
5128
Virtual karabakh

Fərəh Əliyeva: AXC-nin 100 illiyi qeyd ediləndə atam övladının xoş günü kimi sevinirdi

25 İyn, 2019
13:45
5128

Fərəh Əliyeva: AXC-nin 100 illiyi qeyd ediləndə atam övladının xoş günü kimi sevinirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirməmməd Hüseynov çox şərəfli və ləyaqətli ömür yaşayıb.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva atası, görkəmli alim və tədqiqatçı Şirməmməd Hüseynovla vida mərasimində deyib.

O, vida mərasiminə gələn hər kəsə təşəkkür edib:

“Bu ömür yolunda qoyduğu miras Şirməmməd Hüseynovun təmiz adı, ləyaqəti idi. Atam həmişə Bakı Dövlət Universiteti özünün birinci evi hesab edirdi. O, 60 ildən çox burada çalışıb. Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi”.

“Atam Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın qayğısını görüb”, - deyə F.Əliyeva qeyd edib.

Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri