25 
İyn
2019
19:40
20
287
5415
Virtual karabakh

Kürdəmirdə bir gündə iki traktor qəzası - YENİLƏNİB + FOTO

25 İyn, 2019
19:40
5415

Kürdəmirdə bir gündə iki traktor qəzası - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda traktor aşıb,sürücü yaralanıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 47 km-də Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Sabirabad sakini, 28 yaşlı sürücü Abbaslı Rəhim Azər oğlü traktorla Kürdəmir istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib və  texnikanı yolun kənarına aşırıb. Nəticədə sürücü Abbaslı Rəhim müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

19:30

Kürdəmirdə yol qəzası olub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə bu gün rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.

Kürdəmir sakini Baloğlanov Polad Kərim oğlu “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən, qəfildən qarşısına çıxan traktorla toqquşub.

Nəticədə traktorun sürücüsü 1966-cı il təvəllüdlü Yevlax rayon sakini İnqilab Ərzuman oğlu Quliyev müxtəlif növ xəsarətlər alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri