25 
İyn
2019
23:00
103
320
16057
Virtual karabakh

İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

25 İyn, 2019
23:00
16057

İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə içki məclisində qətl törədilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “Energetik” yaşayış massivində bir qrup şəxs arasında düşən dava ölümlə nəticələnib.

Qadınların da yer aldığı məclisdə şəxsiyyəti hələ müəyyənləşdirilməyən ev sahibi ilə qonaqlardan biri – Zülfüqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Nəticədə ev sahibi döyülərək çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silaha əl atıb. Bu zaman qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıblar. Qarışıqlıq vaxtı silahdan açılan atəş nəticəsində güllə “İncilli Akif” təxəllüslü şəxsə dəyib, o, hadisə yerindəcə ölüb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri