26 
İyn
2019
01:15
35
394
6610
Virtual karabakh

Şamaxıda VAZ aşdı: iki uşağın vəziyyəti ağırdır, Bakıya gətirilir - YENİLƏNİB + FOTO/VİDEO

26 İyn, 2019
01:15
6610

Şamaxıda VAZ aşdı: iki uşağın vəziyyəti ağırdır, Bakıya gətirilir - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində xəsarət alan iki uşağın vəziyyəti ağırdır.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Şamaxı rayon Mərzəndiyə kənd sakini 2008-ci il təvəllüdlü Nəhmətov Ağaverdi Famil oğlu və əmisi qızı 2012-ci il təvəllüdlü Nəhmətova Yağmur Samir qızının vəziyyətləri ağır olduğu üçün onlar Bakıya yola salınıb.

00:16

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu Sabir qəsəbəsindən keçən hissəsində idarəetməni itirən sürücü “VAZ 2107” markalı avtomobilini yoldan çıxararaq aşırıb.

Avtomobildə olan sərnişinlər Şamaxı rayon Mərzəndiyə kənd sakini 2008-ci il təvəllüdlü Nəhmətov Ağaverdi Famil oğlu və onun əmisi qızı 2012-ci il təvəllüdlü Nəhmətova Yağmur Samir qızı ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

25 iyun, 23:29

Şamaxıda ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxı rayonu Sabir qəsəbəsi yaxınlığında qeydə alınıb.

Sürücüünü idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan iki uşaq ağır bədən xəsarətləri alıb. Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri