26 
İyn
2019
01:53
14
310
4951
Virtual karabakh

“Mitsubishi” körpüdən aşdı: Bir ailənin 4 üzvü yaralandı - YENİLƏNİB

26 İyn, 2019
01:53
4951

“Mitsubishi” körpüdən aşdı: Bir ailənin 4 üzvü yaralandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada avtomobilin körpüdən aşması nəticəsində yaralanan ailə üzvlərinin adları məlum olub. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, xəsarət alanlar sürücü, 37 yaşlı Elvin Rahim oğlu Ağamalıyev, sərnişinlər 28 yaşlı Arzu Əlifağa qızı Ağamalıyeva, onların iki azyaşlı övladları - 7 yaşlı Rəsul Elvin oğlu Ağamalıyev və 4 yaşlı Nərgiz Elvin qızı Ağamalıyevadır.  

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Uşaqlardan birinin və anasının vəziyyəti daha ağır olduğu üçün onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər.

01:00

Astarada avtomobil körpüdən aşıb. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara maqistral yolunun Şahağacı kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi” markalı avtomobilin körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri