26 
İyn
2019
15:03
41
171
9335
Virtual karabakh

Zığ şosesinə 120 nəfərlik qüvvə cəlb olundu: evlərdəki yanğın söndürüldü - YENİLƏNİB

26 İyn, 2019
15:03
9335

Zığ şosesinə 120 nəfərlik qüvvə cəlb olundu: evlərdəki yanğın söndürüldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən altı hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb, iki fərdi yaşayış evinə qismən zərər dəyib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının 120 nəfərdən ibarət canlı qüvvəsi və 18 ədəd texnikası cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

14:56

Xətai rayonu, Zığ şosesi yaxınlığında yerləşən fərdi evlərdə baş vermiş yanğının səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaxınlıqdakı elektrik naqillərindən düşən qığılcım ətrafdakı quru otların yanmasına səbəb olub. Yanğının fərdi evlərə keçməsi nəticəsində iki həyət evinin damı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, əraziyə bir neçə yanğınsöndürən maşın və təcili tibbi yardım maşınları cəlb edilib.

Altı hektar ərazini əhatə edən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar olmasa da, yaşayış evlərində olan sakinlərdən bir neçəsi tüstüdən yüngül zəhərlənib, onların arasında yanğınsöndürən də var.

Hazırda təcili tibbi yardım briqdası onlara ilkin yardım göstərir.

14:46

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

Report xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb.

E.Əzizov bildirib ki, mütəxəssislər real vəziyyəti təhlil edərək rəy hazırlayacaqlar: 

“Gördüyünüz kimi, yanğın bir evdə qeydə alınıb və hazırda nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır”.

14:40

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Könül Cəfərli
Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri