27 
İyn
2019
12:42
49
221
4655
Virtual karabakh

Maştağada daha bir istixananı narkoplantasiyaya çevirdilər - FOTO/VİDEO

27 İyn, 2019
12:42
4655

Maştağada daha bir istixananı narkoplantasiyaya çevirdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maştağa qəsəbə sakininin istixanasından ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb.

N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi daşı aşkar edilərək götürülüb.

Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri