27 
İyn
2019
16:38
142
34
4904
Virtual karabakh

“Azərenerji”dən xəbərdarlıq: ocaq qalamayın - VİDEO

27 İyn, 2019
16:38
4904

“Azərenerji”dən xəbərdarlıq: ocaq qalamayın - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərenerji” ASC elektrik xətlərinin mühafizə zonası ilə bağlı xəbərdarlıq edib.

ASC-dən Oxu.Az-a verilən məlumata görə, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə saman, odun saxlamaq qadağandır:

“Belə ki, həmin ərazilərdə məftillərdən hər iki tərəfə 110 kV-luq xətlərdə 20 metr, 220 kV-luq xətlərdə 25 metr, 330 və 500 kV xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman, odun yığmaq, biçindən sonra yandırmaq təhlükəlidir və qanunla qadağandır.

Xətlərin altında ocaq, otlaq və ya əkin sahəsini yandırmayın ki, özünüzü və ətrafdakı insanları təhlükə ilə qarşı-qarşıya qoymayasınız”.

Qeyd edək ki, son günlər yüksək gərginlikli elektrik xətləri yaxınlığındakı ərazilərdə ehtiyatsızlıq səbəbindən bir neçə yanğın hadisəsi baş verib. Hələ dünən Xətai rayonu, Zığ şosesi yaxınlığında yerləşən fərdi evlərdə yanğın olub. Yanğının səbəbi isə yaxınlıqdakı elektrik naqillərindən düşən qığılcımın ətrafdakı quru otları yandırması olub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri