27 
İyn
2019
13:57
220
21
2807
Virtual karabakh

200 azərbaycanlı gənc Macarıstanda təhsil alacaq

27 İyn, 2019
13:57
2807

200 azərbaycanlı gənc Macarıstanda təhsil alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsində 200 nəfər azərbaycanlı gənc Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, “Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2019/2020-ci tədris ili” üçün Macarıstanda təhsil almaq hüququ qazanan 200 azərbaycanlı gəncin siyahısı artıq təsdiq edilib.

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən, 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri