27 
İyn
2019
17:20
596
33
5951
Virtual karabakh

Pulsuz çimərliklərdəki şlaqbaumlar yığışdırıldı

27 İyn, 2019
17:20
5951

Pulsuz çimərliklərdəki şlaqbaumlar yığışdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşların Şıx çimərliyinə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb. 

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib. 

Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olub. BŞİH-in Ticarət və Xidmət Departamenti reydlərə  başlayıb.

Şıx çimərliyində insanların çimərliyə daxil olması üçün qoyulan lövhə, qapı, şlaqbaumlar götürülüb. Sahibkarlara bu barədə xəbərdarlıq olunub.

Departamentdən qeyd edilib ki, çimərlik zonalarında dəniz çimərliyinə girişin pulsuz olması barədə elan lövhələri quraşdırılacaq.

Qeyd edək ki, bir neçə gün öncə Oxu.Az və Baku TV-nin əməkdaşı çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumatı işıqlandırıb.  

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri