İyl
2019
02:09
72
260
10095
Virtual karabakh

Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik - VİDEO

1 İyl, 2019
02:09
10095

Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşı Dinar Sarməmmədova Türkiyədə Məhəmməd Vuralla iki illik evlilikdən sonra boşandığını, ancaq boşanmadan sonra iki yaşlı övladının üzünə həsrət qaldığını deyir.

Qadın ərindən ailədaxili şiddət səbəbindən boşanıb.

Məhkəmə uşağın anada qalması barədə qərar çıxarsa da, keçmiş əri və onun ailəsi uşağı D.Sarməmmədovaya vermir.

24 yaşlı D.Sarməmmədova Azərbaycanda müəllimlik ixtisasına yiyələndikdən sonra İğdırın Evçi kəndinə gəlin köçüb. 25 yaşlı Məhəmməd Vural onun uzaq qohumu olub. M.Vuralın ailəsi ilə birgə yaşayan gənc cütlük bir övlad sahibi olub. Ancaq ailəsinin və Məhəmmədin göstərdiyi zorakılıqdan sonra qadın ərindən ayrılıb.

“Ərimdən və ailəsindən şiddət gördüm. Boşanmadan öncə heç bir əsas olmadan uşağımı əlimdən aldılar. Məcbur olub məhkəməyə müraciət etdim. 2019-cu ilin mayında məhkəmə boşanmağımıza qərar verdi və uşaq mənə verildi.

Ekspertlər övladımın ailədə qalmasına qərar vermişdi. Ankaraya getdim. Orada dörd psixoloq və ekspert heyəti oğlumun məndə qalması qərarına gəldi. Bununla bağlı bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər. Qərardan sonra nəticə nə olursa-olsun, top-tüfənglə də olsa, uşağı verməyəcəklərini söylədilər”, - D.Sarməmmədova bildirib.

Övladının aylardır əlindən alındığını qeyd edən gənc ana səlahiyyətli orqanlardan kömək istəyir, iki yaşlı körpəsinin ona ehtiyacı olduğunu deyərək göz yaşı tökür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri