İyl
2019
09:13
26
274
3255
Virtual karabakh

Astarada sitrus bağları quruyur: meyvələr bahalaşa bilər - VİDEO

6 İyl, 2019
09:13
3255

Astarada sitrus bağları quruyur: meyvələr bahalaşa bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada dəyişkən hava şəraiti meyvə ağaclarını yararsız hala salıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonda sakinlərin əsas gəlir yerlərindən sayılan sitrus bağlarında ağacların quruması müşahidə olunur.

Əvvəlcə ağacların yarpaqları, sonra meyvələr quruyaraq yerə tökülür. Təsərrüfatçılar bildirir ki, ağac çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi, yağışlar, ardınca temperaturun qısa müddətdə yüksəlməsi ağacların qurumasına gətirib çıxarıb.

Təsərrüfatlarda, əsasən, naringi, kinkan ağacları zərər görüb.

Bu prosesin qarşısını almaq üçün görülən tədbirlər hələ də nəticə vermir.

Məhsuldarlığın aşağı düşməsinin meyvələrin mövsümü vaxtı belə, qiymətə təsir edəcəyi istisna olunmur.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri