İyl
2019
23:13
13
219
3206
Virtual karabakh

Sabirabadda ağır qəza: altı nəfər yaralandı

5 İyl, 2019
23:13
3206

Sabirabadda ağır qəza: altı nəfər yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Şıxsalahlı kənd ərazisində qeydə alınıb.

“Qaz-3110” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlham oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu, 1987-ci il təvəllüdlü Baxşıyev İlkin Əli oğlu, Sabirabad sakinləri, 1957-ci il təvəllüdlü Hazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu və 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlk tibbi yardım göstərildikdən sonra Dilqəm Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib, qalanları ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri