İyl
2019
11:14
36
156
3413
Virtual karabakh

Rusiya vətəndaşı Bakıda itkin düşüb? - Polisdən cavab

6 İyl, 2019
11:14
3413

Rusiya vətəndaşı Bakıda itkin düşüb? - Polisdən cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Azərbaycanda Rusiya vətəndaşının itkin düşməsi barədə məlumat yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, itkin düşdüyü deyilən Rusiya vətəndaşı əslində Azərbaycanı tərk edib: 

“Aparılan araşdırma zamanı məlum olub ki, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı-Moskva reysi ilə ölkəni tərk edib”.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri