İyl
2019
12:05
35
305
16293
Virtual karabakh

Bakıda yataqxana binasında uçqun - VİDEO

6 İyl, 2019
12:05
16293

Bakıda yataqxana binasında uçqun - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub. 

Qəza anının əks olunduğu görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

Qeyd edək ki, bir müddət əvvəl Baku TV 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlamışdı. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri