İyl
2019
02:13
52
331
26782
Virtual karabakh

Bakı-Tbilisi qatarının hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO

9 İyl, 2019
02:13
26782

Bakı-Tbilisi qatarının hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.

Oxu.Az saytına bu barədə sərnişinlərdən biri məlumat verib.

Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib. Qatar əvvəlkinə nisbətən yavaş sürətlə də olsa, yoluna davam edir.

Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam edir.

Xəbər verən sərnişin yaralı və xəsarət alanlarla bağlı dəqiq məlumatın olmadığını, lakin qəza yerində bir neçə təcili tibbi yardım maşınının olduğunu əlavə edib.

00:07

Bakı-Tbilisi qatarı qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə şahidlərinin bizə yolladığı videonu təqdim edirik.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri