İyl
2019
01:30
18
302
9047
Virtual karabakh

Yarı yolda qalan qatarın sərnişinləri havasızlıqdan boğulur: İki saatdır bu vəziyyətdəyik

9 İyl, 2019
01:30
9047

Yarı yolda qalan qatarın sərnişinləri havasızlıqdan boğulur: İki saatdır bu vəziyyətdəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan Tbilisiyə gedən qatarın qəza nəticəsində yarı yolda qalması sərnişinləri acınacaqlı vəziyyətə salıb.

Onlardan biri son vəziyyət haqqında Oxu.Az-a açıqlamasında bildirib ki, qatar təxminən iki saatdır dayanıb, heç kim vaqondan çölə buraxılmır: “Bizə heç bir məlumat vermirlər. Nə vaxt gedəcəyimizi bilmirik. Çölə çıxmağa da icazə verilmir. Vaqonlarda kondisionerlər işləmir, havasızlıqdan və istidən boğuluruq”.

Qeyd edək ki, Bakı-Tbilisi qatarı Bakı - Tbilisi dəmir yolunun Hacıqabul və Kürdəmir rayonları arasındakı ərazidə hərəkətdə olarkən elektrik naqilində problem yaranıb.

Bu səbəbdən qatarın bəzi voqonlarında yanğın baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri