İyl
2019
12:34
49
270
9844
Virtual karabakh

Masallıdakı səkkiz nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

9 İyl, 2019
12:34
9844

Masallıdakı səkkiz nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Masallı rayonunda baş verən yol-nəyliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. 

Bunu Oxu.Az-a açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

O bildirib ki, faktla bağlı istintaq aparılır:

“Qəza səhər 07:00 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində qeydə alınıb. 99-LH-458 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil 10-MG-329 dövlət nömrə nişanlı “KAMAZ”la toqquşub. Hadisə zamanı səkkiz nəfər ölüb, bir nəfər xəsarət alıb. İstintaqın yekununda qəzanın hansı səbəbdən baş verdiyi məlum olacaq”.

Qeyd edək ki, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə uşaq olub. Ölənlər Lerik sakinləridir.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri