10 
İyl
2019
11:50
14
323
8402
Virtual karabakh

Bakıda içalat sexində ürəkbulandıran mənzərə - FOTO

10 İyl, 2019
11:50
8402

Bakıda içalat sexində ürəkbulandıran mənzərə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməyən sex aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib. Araşdırma nəticəsində yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub. 

Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib.

Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri