10 
İyl
2019
23:55
25
347
5831
Virtual karabakh

Neftçaladakı qəzada yaralananlardan biri öldü - YENİLƏNİB

10 İyl, 2019
23:55
5831

Neftçaladakı qəzada yaralananlardan biri öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada baş verən yol qəzasında yaralananlardan biri ölüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan biri – 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu dünyasını dəyişib.

Qəzadan sonra təcili xəstəxanaya çatdırılan Ş.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

 

22:44

Neftçalada yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə zamanı bir ailənin 4 üzvü yaralanıb.

Bunlar 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu, onun oğlu 2012-ci il təvəllüdlü Əmirli Miraslan, qardaşı 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğlu və ailənin digər üzvü 1985-ci il təvəllüdlü Əmirov Əfqan Mirabdulla oğludur.

Bundan əlavə, Bankə qəsəbəsinin digər sakinləri 1985-ci il təvəllüdlü Ağasıyev Tahir Əflatun oğlu və 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu da xəsarət alıb.

 

22:22

Neftçalada ağır qəza baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bankə qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu idarə etdiyi 99-NS-345 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri