11 
İyl
2019
04:19
14
374
5982
Virtual karabakh

Suraxanıda maşınla vurulan qadın öldü - YENİLƏNİB

11 İyl, 2019
04:19
5982

Suraxanıda maşınla vurulan qadın öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonunda sürücünün vurub qaçdığı 50 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

01:19

Suraxanı rayonunda qadını avtomobil vuraraq qaçıb.

Oxu.Az xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib.

Minik avtomobili kimliyi hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub.

Hadisədən sonra sürücü ərazidən yayınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri