11 
İyl
2019
02:58
99
44
3596
Virtual karabakh

Tovuzda mal bazarında silah arsenalı tapılıb - FOTO

11 İyl, 2019
02:58
3596

Tovuzda mal bazarında silah arsenalı tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən köhnə mal bazarında silah arsenalı aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, DİN-in “102” Xidməti-Zəng mərkəzi sistemindən yuxarıda adı çəkilən ərazidə mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları əraziyə gələrək buraya baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunub.

Silah-sursat zərərsizləşdirilmək üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri