11 
İyl
2019
17:31
217
27
4162
Virtual karabakh

Çobanı Türkiyəyə dəvəçilik təliminə göndəriblər

11 İyl, 2019
17:31
4162

Çobanı Türkiyəyə dəvəçilik təliminə göndəriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi iki əməkdaşını Türkiyədə keçirilən təlimlərə göndərib. 

Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin İstehsalın təşkili şöbəsinin zootexniki Elşən Cabbarov və çobanı Suvar Bələdov Türkiyəyə təlimə göndərilib.

Onlar Türkiyənin Antalya şəhərində yerləşən “Güney Anadolu” Peyzaj Tarım Sənayesində iyunun 30-dan iyulun 7-dək dəvəçiliklə bağlı təlimlərdə iştirak ediblər.

Təlim iştirakçılarına dəvələrin saxlanma şəraiti, dəvəçilikdə istifadə olunan yeni yem texnologiyaları, dəvələrdə hibridləşmənin nəzəri və praktiki üsulları, dəvə əti və südünün istehsal texnologiyalarının tətbiqi ilə bağlı məlumatlar verilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri