22 
İyl
2019
10:00
16
203
4073
Virtual karabakh

Antalyada azərbaycanlının meyiti tapıldı

22 İyl, 2019
10:00
4073

Antalyada azərbaycanlının meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda azərbaycanlının meyiti tapılıb. 

Oxu.Az xəbər verir ki, meyit Üçgen məhəlləsindəki binalardan birinin birinci mərtəbəsindəki mənzildə aşkar edilib. 

Bildirilir ki, 60 yaşlı şəxsin adı Şirindir. Ondan xəbər ala bilməyən ev sahibi polisə müraciət edib və evə gələn polis meyiti yataqda aşkarlayıb.

Məlumata görə, arvadı və uşaqları Azərbaycanda olan Şirin 5-6 ildir Antalyada tək yaşayırmış. O, burada rəngsazlıqla məşğul olub və son bir ildə işsiz qalıb. Qonşuları və bələdiyyə nümayəndələri hər gün onu yeməklə təmin edib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri