12 
İyl
2019
16:03
47
242
10751
Virtual karabakh

Batumidən geri dönən təyyarə təkrar yola salındı - YENİLƏNİB

12 İyl, 2019
16:03
10751

Batumidən geri dönən təyyarə təkrar yola salındı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan Batumiyə getməli olan və Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportuna geri dönən təyyarə, nəhayət, Batumiyə yola salınıb.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

10:54

Bakıdan Batumiyə gedən təyyarə geri dönüb.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd olunub ki, Batumi hava limanında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportuna uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri