12 
İyl
2019
11:42
11
205
3088
Virtual karabakh

Özünü türk iş adamı kimi qələmə verib telefon oğurladı - VİDEO

12 İyl, 2019
11:42
3088

Özünü türk iş adamı kimi qələmə verib telefon oğurladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda özünü türk iş adamı kimi qələmə verərək, dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb.

O, ifadəsində özünü türk iş adamı kimi təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü, bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri