12 
İyl
2019
12:54
219
37
8439
Virtual karabakh

Pensiyaların artırılması ilə bağlı sənəd son oxunuşda qəbul edildi

12 İyl, 2019
12:54
8439

Pensiyaların artırılması ilə bağlı sənəd son oxunuşda qəbul edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri