13 
İyl
2019
16:37
826
54
10386
Virtual karabakh

Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı

13 İyl, 2019
16:37
10386

Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı mikroavtobusun sürücüsünün təhlükəli hərəkətləri ilə bağlı araşdırma yekunlaşıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, 99-RB-822 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü saxlanılıb:

“Məmmədov Anar Vidadi oğlu bu gün Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Sürücünün 20 gün inzibati həbs olunması və bir illik sürücülük vəsiqəsindən məhrum edilməsi qərarı çıxarılıb”.

Xatırladaq ki, bir neçə gün öncə “Mersedes Vito”nun sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri