13 
İyl
2019
20:13
52
594
16450
Virtual karabakh

Sabirabadda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

13 İyl, 2019
20:13
16450

Sabirabadda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.

Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri