14 
İyl
2019
14:19
56
246
10648
Virtual karabakh

Şəkidəki yaralılarla bağlı daha bir açıqlama: Bakıdan həkimlər göndərildi - YENİLƏNİB

Şəkidə Xan Sarayındakı çinar ağacının qırılaraq insanların üstünə düşməsi nəticəsində xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır.

Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.

13:48

Səhiyyə Nazirliyi Şəki Xan Sarayındakı hadisə ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən iki nəfərə görə paytaxtdan yüksək ixtisaslı mütəxəssislər çağırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri