14 
İyl
2019
16:03
22
225
3808
yuxarı
“VAZ” qadını vurub dirəyə çırpıldı, digər maşın kanala düşdü
14 İyl, 2019
16:03
3808
22
225
“VAZ” qadını vurub dirəyə çırpıldı, digər maşın kanala düşdü
Lənkəranda piyada vurulub.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Ələt-Astara magistralının Gərmətük kəndindən keçən hissəsində baş verib.
34 yaşlı Ziya İbrahimovun sürücüsü olduğu “VAZ 2107” markalı avtomobil yolun hərəkət zolağında Şəfiqə Əzizəli qızı Rəhimovanı vurub, sonra isə işıq dirəyinə çırpılıb.
Qarşı tərəfdən hərəkətdə olan digər bir avtomobilin sürücüsü isə hadisədən yayınmaq istəsə də, maşını su kanalına düşüb.
Orta yaşlı piyada ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla araşdırma aparılır.
Rövşən Mövlan
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək