14 
İyl
2019
18:45
38
541
16489
Virtual karabakh

Prospektdə “Lexus” və “Mercedes” toqquşdu: 13 yaşlı oğlan öldü - YENİLƏNİB + FOTO

14 İyl, 2019
18:45
16489

Prospektdə “Lexus” və “Mercedes” toqquşdu: 13 yaşlı oğlan öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsində 13 yaşlı oğlan ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün prospektində “Lexus” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində avtomobillərdən birində olan 2006-cı il təvəllüdlü Yusifov Namiq Zamin oğlu xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

16:57

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə prospektin Sabunçu rayonu ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində qeydə alınıb. Yolda bir müddət tıxac yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov hadisə ilə bağlı Oxu.Az-a bildirib ki, “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində gedən yolda “Lexus” və “Mercedes” markalı minik maşınları toqquşub, avtomobillərdən biri aşıb:

“Hadisə nəticəsində bir azyaşlı xəsarət alıb. Qəza zamanı ölən olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır”.

Fotolar BNA-ya məxsusdur:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri