15 
İyl
2019
13:09
350
74
10346
Virtual karabakh

“Bakı Metropoliteni” qatarda siqaret çəkən kişini axtarır - VİDEO

15 İyl, 2019
13:09
10346

“Bakı Metropoliteni” qatarda siqaret çəkən kişini axtarır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Bakı metrosunda siqaret çəkən şəxsin görüntüləri yayılıb. 

Oxu.Az-ın məlumatına görə, həmin şəxs qatarda ardıcıl olaraq bir neçə siqareti çəkib və  kötüyünü yerə atıb.

Onun bu davranışı sərnişinlərdən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Məsələ barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, məsələ barədə müvafiq araşdırma başlanıb:

“Qanunvericiliyə əsasən, metro ərazisində siqaret çəkmək qadağandır və cərimə də müəyyənləşib. Sadəcə, hələlik hadisənin nə vaxt və hansı qatarda baş verdiyi məlum deyil. Həmin şəxsin kimliyi metrostansiyalardakı və qatarlardakı kameralar vasitəsilə araşdırılır. O, tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri