15 
İyl
2019
20:45
483
32
8984
Virtual karabakh

Xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

15 İyl, 2019
20:45
8984

Xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustan rayonunun ucqar dağ kəndi olan Ərəbqədimin sakinləri illərdir yol problemindən əziyyət çəkirlər.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bir neçə il əvvəl Qobustan rayonunun mərkəzindən kəndə asfalt yol çəkilib.

İndi isə bir qrup xeyriyyəçi kənd sakini bir araya gələrək, kəndin əsas problemi olan daxili yolların asfaltlanması qərarına gəliblər. Əsasən, qış aylarında keçilməz olan enişli-yoxuşlu, sərt döngəli yollar yenidən salınıb.

Hazırda asfaltlama işinin son mərhələsidir. Yeni çəkilən asfalt yolun ümumi uzunluğu səkkiz kilometrdir ki, bu da kənd yollarının 80 faizini təşkil edir. Asfaltlanmamış digər yolların yaxın vaxtlarda yeni yolla əvəzlənəcəyi bildirilir.

Bununla da kəndin bütün daxili yolları tam şəkildə asfaltlanaraq, sakinlərin istifadəsinə veriləcək.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri